Şəkidə 23 yaşlı qız dərmandan zəhərlənib

01:00 24-11-2019 375

Şəkidə 23 yaşlı qız zəhərlənib.  

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Baş Şabalıd kəndində qeydə alınıb.  

Kənd sakini, 23 yaşlı Dəyanət Məmmədsoy zəhərlənmə əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Müayinə zamanı gənc qızın hansısa dərmanın əks təsiri nəticəsində zəhərləndiyi məlum olub. 

O,xəstəxananın reanimasiya şöbəsinə yerləsdirilib.  

Fakt araşdırılır.