Gürcüstandan narkotik vasitələr çıxarmaq istəyən Ermənistan vətəndaşları saxlanılıb

04:40 24-11-2019 405

Gürcüstan sərhədçiləri “Yuxarı Lars”  gömrük buraxılış məntəqəsində bu gecə içərisində qadağan olunmuş yük olan Ermənistana gedən avtobusu saxlayıblar.
 
Erməni KİV-nin ölkənin Gürcüstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, avtobusdakı 3 Ermənistan vətəndaşı saxlanılıb, digər sərnişinlər isə dindirilir.

Gürcüstanın Maliyyə Nazirliyinin gəlirlər xidmətinin məlumatına əsasən, gömrük buraxılış məntəqəsinin zabitlərinin kokain və həşiş aşkar etdikləri avtobusu Ermənistan vətəndaşı idarə edirdi.

Gürcüstanın Daxili İşlər Nazirliyi cinayət işi açıb. Ölkənin Cinayət Məcəlləsinə əsasən qadağan edilmiş əşyaların daşınmasına görə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.