Mikki Rurk yenə rus gözəlini seçdi

09:00 24-11-2019 659

80-ci illərin Hollivudunun seks simvolu olan Mikki Rurk yenidən rus qızı ilə romantik münasibətə başlayıb. 

Page Six”in verdiyi məlumata görə, şahidlər 67 yaşlı aktyoru Nyu-Yorkdakı “Cipriani” restoranında görüblər.

Nəşr bildirir ki, Rurk yeni ilham pərisindən yaşca çox böyükdür, qadının təxminən 25-26 yaşı var.  

Onun adının Olqa olduğu qeyd edilir. Şahidlərin sözlərinə görə, Rurk masadan ayrıldıqdan sonra qadın telefonla rusca ucadan danışmağa başlayıb.

Xatırladaq ki, 2015-ci ilə qədər Rurk rus modeli Anastasiya Makarenko ilə vətəndaş nikahında yaşayıb və hətta rus dilini öyrənməyə başlayıb. Bundan əlavə, Mikki müxtəlif vaxtlarda daha üç rus gözəli ilə romantik münasibətlərdə olub.