Gəncədə dörd maşın toqquşdu

15:20 24-11-2019 389

Gəncə şəhərində 4 maşının toqquşması ilə nəticələnən zəncirvari yol qəzası qeydə alınıb.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Hadisə nəticəsində “Mercedec-E klass” markalı avtomobillə “VAZ 2107”, “VAZ 2106” və “VAZ 2109” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. İlkin məlumata əsasən, qəza “VAZ 2106” markalı avtomobilin dönmə əməliyyatı zamanı baş verib.