Kuklaya bənzəmək üçün cinsiyyətini dəyişdi - FOTO

16:20 24-11-2019 496

Dünyada ən çox əməliyyat etdirən şəxslərdən biri kimi tanınan Rodriqo Alves növbəti şok addımı ilə yenidən gündəmə gəlib.

HerGun.Az xəbər verir ki, görünüşünü kuklaya bənzətmək üçün 170-dən çox plastik və estetik əməliyyat keçirdən Rodriqo indi də cinsiyyətini dəyişmək qərarına gəlib.

Belə ki məşhur görünüşünü bu dəfə Barbi kuklasına bənzətmək üçün yenidən cərrah masasına uzanıb. Onun əməliyyatdan sonra qadın simalı fotoları sosial şəbəkədə rezonansa səbəb olub. Rodriqo Alves görünüşünü dəyişdirməsi ilə bağlı şərhlərdən boyun qaçırır.

Rəşad Əliyev