Gəncədə yataqxana binasında yanğın baş verib, xəsarət alan var

18:20 24-11-2019 511

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, binanın beşinci mərtəbəsində, ümumi sahəsi 41 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb, 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.