Braziliya Argentinanı məğlub etdi, finala vəsiqə qazandı

07:36 03-07-2019 604

Braziliya milli komandası Amerika Kubokunun yarımfinalında əzəli rəqibi Argentina yığması ilə qarşılaşıb.

HerGun.Az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyun 5-qat dünya çempionlarının qələbəsi ilə nətiçələnib – 2:0.

Braziliyalılar hər taymda bir dəfə fərqlənə biliblər: qolları hücumçular Cesus və Firminyo vurublar. Argentinalı ulduzlar Messi və Aquero isə qol əvəzinə hərəyə bir dəfə qapı diriyəni nişana alıblar.  

Beləliklə, Braziliya yığması Amerika Kubokunun finalına vəsiqə qazanıb və iyulun 7-də həlledici görüşdə Çili-Peru cütlüyünün qalibi ilə garşılaşacaq.