Gəncədə yüksək sürət qəzaya səbəb oldu: VAZ “Mercedes”lə toqquşdu, dörd nəfər yaralandı - FOTO

20:20 24-11-2019 485

Gəncədə ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində baş verib.  

Yüksək sürətlə hərəkətdə olan “VAZ 2107” markalı avtomobil “Mercedes” markalı başqa bir nəqliyyat vasitəsinə çırpılıb.  

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.  

Yaralılar ətrafdakı insanların yarıdımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 

Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.