İki ay əvvəl evləndiyi azərbaycanlı arvadını və qohumunu güllələdi: ölən var - VİDEO

01:00 25-11-2019 427

Antalyanın Kumluca rayonunda ailə münaqişəsi zəmnində azərbaycanlı qadın öldürülüb. 

HerGun.Az xəbər verir ki, Hızırkaya məhəlləsində yaşayan 75 yaşlı Hüseyin Yeni adlı şəxslə təzə evləndiyi azərbaycanlı xanımı Məhəbbət Cəfərova (51 yaş) və onun qohumu Firdevs Əliyeva (51) arasında bilinməyən səbəblərdən mübahisə başlayıb. 

Mübahisənin davaya çevrilməsindən sonra qadınlardan biri onun başına sərt bir əşya ilə vurub.  

Bundan hiddətlənən Hüseyn Yeni evdəki silahla həyat yoldaşını və onun qohumunu yaralayıb. 

Qonşuların xəbər verməsindən sonra əraziyə jandarm və tibb işçiləri gəliblər. Onlar gələnə qədər Fidevs Əliyeva hadisə yerində ölüb. 

Hüseyn Yeni və arvadı Məhəbbət Cəfərova özəl xəstəxanaya aparılıblar.  

Hər iki yaralının həyatı təhlükə altındadır.