Ərəb milyonçu Hitlerin əşyalarını alaraq İsrailə hədiyyə etdi

03:00 25-11-2019 402

İsveçrədə yaşayan livanlı biznesmen Abdalla Şatila Adolf Hitlerin şəxsi əşyalarını alaraq onları İsrailə hədiyyə edib.

“The Times of Israel” xəbər verir ki, milyonçu əşyaları “Keren ha-Yesod” təşkilatına təklif edib.

Şatilanın sözlərinə görə, o Almaniyada keçirilən qalmaqallı hərracda bu əşyaları alaraq onların neonasistlərin əlinə düşməsinin qarşısını alıb.  

“Ultrasagçı populizm və antisemitizm Avropada yayılmaqdadır. İstəməzdim ki, bu əşyalar çirkin niyyətli insanların əlinə düşsün”, deyə livanlı milyonçu bildirib.

Ümumilikdə 10 lota biznesmen 545 min avro xərcləyib. Əşyaların içində Hitlerin papağı, portsiqarı, çap maşinkası, eləcə də “Mein Kampf” əsərinin gümüşü nəşri vardır.