Nərimanovda ana və iki azyaşlı övladını maşın vurdu

04:00 25-11-2019 408

Bakıda ana və azyaşlı övladlarının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1978-ci il təvəllüdlü Məmmədova Elmira Aslan qızını və onun övladları - 2015-ci il təvəllüdlü Məmmədov Əmir Dmitri oğlunu, 2014-cü il təvəllüdlü Məmmədova Emilya Dmitri qızını vurub.

Yaralılar təcili yardımın köməyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.