Lobodanın çəkildiyi “Rammstein”ın yeni klipinə 2 gün ərzində bir milyon insan baxdı - VİDEO

06:20 25-11-2019 574

Almaniyanın “Rammstein” rok-qrupu yeni klipini tamaşaçılara təqdim edib.

“YouTube”da yerləşdirilən klipdə baş rolda Rusiyanın məşhur müğənnisi Svetlana Loboda çəkilib. Videoya 2 gün ərzində bir milyondan çox insan baxıb.

Klipdə Loboda qabqaşıq fabrikinin işçisi, Lindemann isə onun rəisi və həmçinin ərinin qardaşı qismində çıxış edib. Rəisin gizli ehtirası zorlama cəhdinə gətirib çıxarır.

Klip Sankt-Peterburq şəhərində çəkilib, rejissoru isə Sergey Minadzedir. Qalmaqallı klipləri ilə tanınan “Rammstein” ilk dəfə olaraq bunun üçün rusiyalı rejissora müraciət edib.