Masallıda ailə faciəsi: Baba öz nəvəsini maşınla əzib öldürdü
12:20 25-11-2019 381
Masallı rayonunda bədbəxt hadisə baş verib.
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.
Noyabrın 24-də kənd sakini, 1963-cü il təvəllüdlü Mirkərim Əmənov həyətində özünə məxsus olan “Mercedes” markalı maşını arxa istiqamətə hərəkət etdirən zaman nəvəsi, 2015-ci il təvəllüdlü Murad Əmənovu ehtiyatsızlıqdan vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.