“Rabitəbank” hamının rahat bankı olmaq üçün dəyişdi - FOTO/VİDEO

13:00 25-11-2019 87

Bir neçə gün əvvəl Azərbaycanın müstəqillik dövründə yaranan ilk banklardan biri olan “Rabitəbank” imicini dəyişib. 

“Rabitəbank” ASC  fərqli rəqəmsal və kart təklifləri ilə bu sahədə ilklərə imza atdı.
Bank 27-ci ilində yaşıl rənglərə keçərək rebrendinq edib. Yaşılın üç çalarından ibarət olan yeni loqo dayanıqlılıq, inkişaf və rəqəmsallıq anlayışını ifadə edir. 

Loqonun fiqurları isə “Rabitəbank” adında “R” və “B” hərflərinin birləşməsini xatırlatmaqla yanaşı, həm də müasir rabitə vasitəsi olan danışıq pəncərəsini (“chat bubble”) xatırladır.

“Rabitəbank” yaşıla keçidlə yanaşı, rahat bankçılıq şüarı altında yenilənin Rabitəbank, müştərilərinə rəqəmsal platformalar üzərindən rahat xidmətlərini təqdim edir.

“Rabitəbank”ın İctimaiyyətlə Əlaqələr üzrə menceri Nərmin Seyid bankın yaşıl rənglərə keçərək rebrendinq edilməsi barədə HerGun.Az-ın suallarını cavablandırıb.

“Rabitəbank” niyə rəngi dəyişmək qərarına gəldi? 

Bildiyiniz kimi, Rabitəbank ölkənin müstəqillik dövründə yaranan ilk banklarından biri olaraq, 27 ildir ki müştərilərini daim məmnun etməyə çalışıb. 27 il qısa bir dövr deyil və bu illər ərzində istənilən sahədə yeniliklər və inkişaflar o qədər dinamik gedir ki, bu nəinki xidmətlərlə həm də, görkəm olaraq yenilik istəyir.

Biz də düşündük ki, bu gün ölkədə ilk dəfə maliyyə tranzaksiyasını həyata keçirən RabitəBot, sözün əsl mənasında 24/7 çalışan və ölkədə istirahət günləri, qeyri iş saatları kredit verən yeganə bank filialına sahib olan bir bank kimi, müştərilərimiz üçün görkəm və xidmət təkliflərini yeni nəfəs verərək təklif edək. Bununla da yaşıla bürünməyə və hamının rahat bankı olmaq qərarına gəldik.

Niyə məhz yaşıl rəng? 

Bu sahədə bazarda olan rənglərə baxdıq və nəticədə banklar arasında olmayan və sözün əsl mənasında gözə rahatlıq verən “yaşıl” rəngin üzərində dayandıq. Fikir versəniz, loqomuzun üstündə yaşılın 3 ton palitrası var ki, orada tamamən Rabitəbankın kimliyi, identifikasiyası əks olunub.

Tünd yaşıl 27 illik fəaliyyətimizdəki dayanıqlılığımızı, yaşıl müştəri və dövrün tələbləri üzərində yaranan inkişaf, açıq yaşıl isə rəqəmsal təklif və həllərimizi ifadə edir. Daha da diqqətlə baxdıqda isə R və b hərflərinin kölgələri ilə yanaşı, mesajlaşma ikonlarının birləşməsini görürük. Bu da ünsiyyət və rabitə vasitəsinin ən müasir və ən sevilən növüdür.

Təbii ki, bankın yalnız imicini dəyişməklə iş bitmir. Müştərilərin rahatlığını daha da artımaq üçün nələr ediləcək?

Tamamilə düzgün vurğuladınız. Bəzən bir çoxları düşünür ki, rebrendinq hansısa brendi yenidən canlandırmaq və yaxud ayaqda qalmasını təmin etmək üçün olunan bir dəyişimdir. Lakin, rebrendinq edən hər bir qurum və təşkilat ilk öncə bu addımı atmamışdan qabaq, iddia etdiyi dəyişiklikləri və təqdim etdiyi konsepti mütləq ki, edə bilmə gücündə və peşəkarlığında olmalıdır. 

Rabitəbank bugün müştərilərinə istər ənənəvi və istər rəqəmsal platforma üzərindən rahat həllər və yüksək xidmət göstərir ki, bu istiqamətdə daha da rahat olmaq üçün silsiləli tədbirlər həyata keçirir. Xüsusi təlimlər təşkil edirik, mütəmadi müştərilərimizlə ünsiyyət yaradaraq onların istəklərini araşdırırıq, komanda ilə yeniliklər istiqamətində böyük layihələr hazırlayırıq və bu istiqamətdə bütün səylərimizi birləşdiririk. Çünki, məqsəd vahiddir – Müştərinin rahat bankı olmaq! 

Müştərilənin daha çox üstünlük verdikləri bank kartlarından biri də KARTMANE-dir. Yeni kartda müştəriləri hansı yeniliklər gözləyir?

Kartmane həqiqətən də unikal məhsuldur. Bu qədər imtiyazların bir araya toplandığı kartımız debit və kredit olaraq müştərilərimizə təqdim olunur. Kartmane sahibləri ilk dəfə olaraq nəinki ölkədaxili, həm də bütün dünyada YDM-lər üzrə 10%-dək cashback, bütün dünya üzrə kafe və restoranlardan 5% cashback, partnyorlarımızdan 30%-dək cashback əldə edə biləcək və ölkədaxili bütün ATM-lərdən 0% ilə nağdlaşdırma edə biləcəklər. Həmçinin bu kart əmanət kartı da sayılır. Çünki, kartdakı qalığa aylıq 6%-dək depozit hesablanır.

Digər əmanətlərdən fərqi odur ki, istənilən zaman məbləği artırıb və yaxud azalda bilirsiz, nağdlaşdıra bilirsiniz və buna görə heç bir ödəniş və yaxud cərimə tədbiq edilmir. Həm də bu kart səyahətçilərin də ən sevimli kartı olacağına əminik. Çünki, müştəri xaricdə müəyyən məbləğdə 0% ilə nağdlaşdırma edə biləcək, POS Terminalda 0% konvertasiya və hava limanlarındakı lounge-lara pulsuz giriş əldə edə biləcəklər.

Kartmane kredit isə bütün bu sadalanan imkanlarla yanaşı, ölkədə ilk dəfə 100 gün güzəşt müddəti ilə müştərilərini sevindirəcək!

Necə deyərlər, xidmətlərimiz və məhsullarımız həqiqətən də çox rahat və əlverişlidir!

“Rabitəbank”ın Azərbaycan üzrə nə qədər xidmət məntəqəsi var?

Rabitəbank 25 xidmət nöqtəsi ilə müştərilərinin ixtiyarındadır.Şəhərin mərkəzində yerləşən, 24/7 filialımızla yanaşı, ölkədə ən çox ATM-i olan (68 ATM) banklardan biri olaraq, 24/7 müştəriyə xidmət göstərən “Facebook” messencer və telegram üzərindən RabitaBot ilə, çox rahat bank mobil aplikasiyası olan Rabitabank Mobile, hüquqi şəxslər üçün çoxlu imtiyazları olan İnternet banking və rabitabank.com korporativ saytımızla və 133 nömrəli çağrı mərkəzi ilə müştərilərimizin xidmətindəyik!