Komitə sədrindən köçkünlərə - ŞAD XƏBƏR

16:40 25-11-2019 394

Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. 

HerGun.Az-ın məlumatına görə, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, dəyişikliklər üç qrupa bölünür.

Bunlar anlayışlar, stilistik və sığorta olunanlarla bağlı dəyişikliklərdir. 

Ə.Əmiraslanov deyib ki, icbari tibbi sığorta ilk dəfə olaraq məcburi köçkünlərə də şamil ediləcək. 

Aqşin Kərimov