Gəncədə toya getməyə hazırlaşan gənc ana faciəvi şəkildə öldü

21:40 25-11-2019 656

Gəncə şəhərində bədbəxt hadisə nəticəsində üç uşaq anası dünyasını dəyişib. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb. 

1989-cu il təvəllüdlü İsayeva Şəfiqə Niyazi qızı dəm qazından boğularaq vəfat edib.  

Qadın bir neçə saat sonra olacaq yaxınlarından birinin toy məclisinə hazırlaşırmış.  

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.