Saadətdin Saran Cem Yılmazın keçmiş sevgilisinə “göz” qoydu - VİDEO

23:20 25-11-2019 577

İş adamı Saadətdin Saran  məşhur komediya ustası Cem Yılmzadan ayrılan müğənni Dəfnə Samyeli ilə maraqlanmağa başlayıb.

HerGun.Az xəbər verir ki, Saadətdin müğənni Mustafa Sandalın eks-arvadı Emina Yahoviç ilə bir ay əvvəl ayrılıb.

Ayrılıqdan sonra iş adamının Dəfnə ilə tanış olmaq üçün müxtəlif yollara əl atdığı iddia olunur.

Hətta Saadətdinin Dəfnə Cemlə sevgili olmadan öncə onunla tanış olmaq istədiyi, amma ikilinin münasibətinin ciddiləşməsindən sonra fikrindən yayındığı bildirilir. İndi də iş adamı müğənni ilə tanış olub birlikdə olmaq üçün bütün ortaq dostlarından kömək istəyib. 

İkilinin bir necə məkanda qarşılaşdığı açıqlanıb. Dəfnənin iş adamına hansı cavabı verməsi isə məlum deyil. 

Qeyd edək ki, Cem və Dəfnə cütlüyünün münasibəti yeddi ay davam edib.

Saadətdin Saran isə Hülya Avşarın eks-sevgilisidir.

Sevinc Yasinqızı