Xətai və Xəzər rayonlarındakı qəzalarda dörd nəfər xəsarət aldı

01:20 26-11-2019 456

Bakının Xətai və Xəzər rayonlarında avtomobillərin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisələri baş verib. 

HerGun.Az xəbər verir ki, ilk hadisədə üç nəfər xəsarət alıb. 

Qəza Kazımağa Kərimov küçəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 56 yaşlı Rüstəmova Qiymət Mayil qızı, onun qızı 33 yaşlı Kazımova Günay Cəbrayıl qızı və 27 yaşlı Əzizov Nurlan Murad oğlu xəsarət alıblar.  

Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Q.Rüstəmovaya döş qəfəsinin əzilmiş yarası, G.Kazımovaya burunun və alının sıyrılmış yarası, N.Əzizova isə döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub.  

Xəzər rayonunda da analoji hadisəsi zamanı bir nəfər xəsarət alıb.  

Qəza Qala qəsəbəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü, 1989-cu il təvəllüdlü Nağıyev Ramal İsrafil oğlu yaralanıb.  

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin və dizin əzilmiş yarası diaqnozu qoyulub. 

Hər iki faktla bağlı araşdırma aparılır. 

Kamil Əmirli

Elşad Mətləboğlu