“Mercedes”in “AzSamand”la toqquşması Ziya Bünyadov prospektində tıxac yaratdı - FOTO

01:40 26-11-2019 417

Nərimanov rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, qəza Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb. 

“AzSamand” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən avtomobildə nazaslıq yaranıb. Bu zaman sürücü avtomobili körpü üzərində saxlayıb.  

Daha sonra arxadan hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi “AzSamand”a çırpılıb. 

Zərbənin təsirindən “AzSamand” bir neçə metr irəliyə doğru gedərək fırlanıb və səkiyə dəyərək dayanıb. Qəza zamanı sözügedən maşının sürücüsü və avtomobildə olan ailəsi - həyat yoldaşı və iki azyaşlı övladı olmaqla, üç sərnişin müxtəlif dərəcəli xəsarət alıblar.  

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisə nəticəsində yolda sıxlıq yaranıb.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu