Avropanın ən yaxşı maşını adına 7 namizəd var

03:00 26-11-2019 1012

“Avropada ilin avtomobili” (ECOTY) müsabiqəsinin təşkilatçıları namizədlərin qısa siyahısını açıqlayıb.

“Autonews” xəbər verir ki, qələbəyə 7 maşın namizəddir.

Siyahıda üçüncü nəsil “BMW 1-Series” modeli, “Ford Puma”, “Peugeot 208”, “Renault Clio”, “Toyota Corolla” və 2 elektokar – “Porsche Taycan”, “Tesla Model 3” yer alıblar.

Bu modellər 30 maşının içindən jurnalistlərdən ibarət jüri tərəfindən seçilib. Onlar martın 20-də Cenevrə avtosalonunun çərçivəsində qalibin adını açıqlayacaqlar.

Qeyd edək ki, müsabiqənin keçən ilki qalibi “Jaguar I-Pace” olub.