Bakıda daha 6 tələbə zəhərləndi

08:20 26-11-2019 362

Bakıda daha 6 tələbə zəhərlənib.

HerGun.Az xəbər verir ki, Xəzər universitetinin 6 tələbəsinin dəm qazından zəhərləndiyi ehtimal edilir.

Səhiyyə Nazirliyi faktla bağlı məlumat yayıb. 

Məlumatda bildirilir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə Təcili Tibbi yardım avtomobili ilə Xəzər universitetinin 6 tələbəsini gətiriblər dəm qazından zəhərlənmə ehtimalı ilə. 

Çağırış saat 4:47 də olub. Qızların dediyinə görə hadisə kirayələdikləri mənzildə baş verib. 

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. 

Onlara lazımı tibbi yardım göstərilib. Hal hazırda müalicələri davam edir.