Lənkəranda zəncirvari qəza - FOTO

11:20 26-11-2019 384

Lənkəranda zəncirvari qəza nəticəsində piyada ayağından ağır xəsarət alıb.

HerGun.Az-ın bölgə müxbirinin xəbərinə görə, Lənkəranda yol-nəqliyyat hadisəsi “Kürə” deyilən ərazidə qeydə alınıb.

Lənkəran şəhər sakini, 29 yaşlı Əliyev İsmayıl Ağazadə oğlu “QAZ 24” markalı, 42-BD-825 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yolayrıcında rayonun Ləj kənd sakini, 28 yaşlı Məmmədov Hafiz Yunusağa oğlunun sürücüsü olduğu “Ford” markalı 99-CA-271 dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus toqquşub.

Sonra “Qaz-24” yol kənarında olan Lənkəran şəhər sakini Mirzəyev Bəybala Şahkərim oğluna aid “VAZ 2106” markalı, 42-BO-480 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq onu səkiyə sıxıb. Zəncirvari qəza nəticəsində piyada - 55 yaşlı Şahbazov Nasim Təyyar oğlu ayaq nahiyəsindən ağır xəsarət alıb.

O, rayon xəstəxanasına göndərilsə də, müalicəsini paytaxt xəstəxanalarından birində davam etdirəcəyi ehtimal olunur. 

Faktla bağlı araşdırma aparılır.