Bakıda kanalizasiya yaşayış binasının zirzəmisinə axıdılır: 250 ailənin həyatı təhlükədə - VİDEO

12:40 26-11-2019 423

Bakıda kanalizasiya yaşayış binasının zirzəmisinə axıdılır. 

HerGun.Az-ın məlumatına görə, bina Xətai rayonu, Sadıqcan küçəsində yerləşir.

Sakinlərin saytımıza verdiyi açıqlamaya görə, bina tamamilə suyun içindədir:

“Binanın kanalizasiyası zirzəmiyə axıdılır. Çox böyük binadır. Vəziyyət hər zaman belə olub, indi isə daha kritik həddədir”.

Qeyd edək ki, binada 250-yə yaxın ailə yaşayır.

Görüntüləri təqdim edirik:

İlhamə Əbülfət