II Avropa Oyunlarında tonlarla kabab yeyilib

10:54 03-07-2019 80

Ötən ay Minskdə keçirilmiş II Avropa Oyunlarında idman sahələri, fan-zonalar və qonaqpərvərlik bölgələrində pərakəndə ticarət dövriyyəsi 2,6 milyon Belarus rublu təşkil edib.

HerGun.Az xəbər verir ki, bu barədə Belarus Teleqraf Agentliyinə Minsk şəhər İcra Hakimiyyətinin İstehlakçı Bazarının Baş İdarəsindən məlumat verilib.

II Avropa Oyunları zamanı azarkeşlərin içdiyi kvas və pivələrin neçə litr təşkil etdiyi hesablanıb. İyunun 19-dan 30-dək Belarusun milli tərəfdaşı olan pivə zavodunun təşkil etdiyi iaşə obyektləri qonaqlara xidmət etmək üçün üç fan-zonada, qonaqpərvərlik bölgələrində, o cümlədən, 15 idman obyektində fəaliyyət göstərib. Bu müddətdə 177,5 min litr pivə və 45,6 min litr kvas içilib. 

Həmçinin, azarkeşlər Belarus milli mətbəxinin əsas xörəyi olan təxminən 30 ton dranik, eləcə də 23 tondan çox kabab, 36 ton kolbasa və toyuq qrili dadmaq imkanı əldə edib.

Səbuhi Musayev