Millimizdə yeni baş məşqçi təyinatı - FOTO

18:00 26-11-2019 465

Azərbaycanın pauerliftinq milli komandasında yeni baş məşqçi təyinatı olub.

HerGun.Az-ın xəbərinə görə, bu, Azər Mustafayevdir.

Onun ilk ciddi sınağı 4-8 dekabr tarixlərində keçiriləcək WRPF, WEPF, WAF və WSF-in birgə keçirdiyi sayca beşinci dünya çempionatında olacaq. Həmin dünya çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

Qeyd edək ki, əvvəl baş məşqçi statusunda Şəmsi Bayramov gedirdisə, onun təyinatı qeyri-rəsmi xarakter daşıyırdı.

Səbuhi Musayev