Bakıda avtomobil piyadanı vuraraq öldürüb

01:00 27-11-2019 536

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Buzovna qəsəbəsində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən orta yaşlı Nizam adlı şəxsi vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu