Nasazlıq yaranan avtomobilin sürücüsü qəza törətdi - FOTO

03:20 27-11-2019 561

Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qəza Heydər Əliyev prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü nasazlıq səbəbindən idarəetməni itirib. Bu zaman avtomobil əsas və köməkçi yolun ortasında olan arakəsməyə çırpılıb. Hadisə nəticəsində avtomobilin yanacaq çəninə və motor hissəsinə ziyan dəydiyindən nəqliyyat vasitəsindəki benzin və yağ yola dağılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobil deformasiyaya uğrayıb.

Əraziyə DYP əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli

Elşad Mətləboğlu