Dibala gözəl qol vurdu, sonra türkiyəli komanda yoldaşına əsgər salamı verdi - VİDEO

05:40 27-11-2019 540

İtaliyada Çempionlar Liqasının V turunda “Yuventus” və “Atletiko” (Madrid) qarşılaşıblar.

HerGun.Az xəbər verir ki, meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar.

Oyunda yeganə qolu 45+2-ci dəqiqədə cərimə zərbəsindən Paulo Dibala vurub.

Qoldan sonra argentinalı hücumçu ehtiyatda oturan türkiyəli komanda yoldaşı Merih Demirala əsgəri salam verib.