Bakıda sürücü-piyada "qarşıdurması" - 3 nəfər xəsarət aldı

06:00 27-11-2019 470

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən bir neçə yol qəzası qeydə alınıb. 

HerGun.Az xəbər verir ki, qəzaların biri Nərimanov rayonunda baş verib. Ağa Neymətulla küçəsini keçmək istəyən 1995-ci il təvəllüdlü İsmayılov Ənvər Eldar oğlunu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ə.İsmayılova müştərək travma, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Biləcəri qəsəbəsində avtomobil 1988-ci il təvəllüdlü Salamov Tural Aslan oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Balaxanı qəsəbəsində isə 99-FH-321 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Məmmədova Rəşiqə Ağadadaş qızını vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb. R.Məmmədova reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Hər üç faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu