Gəncədə üçotaqlı ev yandı

19:40 27-11-2019 518

Gəncədən yaşayış evində yanğın olub. 

FHN-dən HerGun.Az-a verilən məlumata görə, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 121 m² olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları 97 m² sahədə yanıb.  

Evin qalan hissəsi yanğından mühafizə olunub.  

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.