Ucarda quşçuluq sexi yanıb

22:00 27-11-2019 344

Ucarda yanğın hadisəsi baş verib. 

FHN-dən HerGun.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 135 m² olan quşçuluq sexinin yanar konstruksiyaları 100 m² sahədə yanıb.  

Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.