Sabunçu bazarında yanğın olub - FOTO

00:00 28-11-2019 681

Sabunçu rayonunda yanğın hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, ilkin məlumata görə, Sabunçu bazarında yerləşən telefon aksesuarları satılan mağazada elektrik naqillərinin həddən artıq yüklənmə səbəbindən yanğın başlayıb.  

Alovlar qısa zamanda yaxınlıqdakı aptekə və digər mağazalara keçib.  

Əraziyə FHN-in Sabunçu və Nizami rayonları üzrə Yanğından Mühafizə Xidmətinin 5 briqdası cəlb edilib. 

Alovlar söndürürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.  

Kamil Əmirli  

Elşad Mətləboğlu