Şəmkirdə VAZ aşdı: yaralılar var

01:40 28-11-2019 402

Şəmkir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb. 

HerGun.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Seyfəli kəndi istiqamətindəb keçən hissəsində qeydə alınıb.  

Hadisə nəticəsində “VAZ 21 06” markalı avtomobil aşıb, sürücü və yanında olan daha iki nəfər sərnişin xəsarət alıb. 

İlkin məlumata əsasən, qəzaya səbəb anidən minik maşının qarşısına “KamAZ” markalı yük maşınının çıxmasıdır. 

Yaralılar Şəmkir Mərkəzi rayon Xəstəxanasına aparılıb.  

Faktla bağlı araşdırma davam etdirilir.