“Barselona” və “Leypsiq” Çempionlar Liqasında 1/8 finala belə çıxdı - VİDEO

10:00 28-11-2019 602

UEFA Çempionlar Liqasında daha iki pley-offa çıxan komandanın adına aydınlıq gəlib.

HerGun.Az xəbər verir ki, bunlar İspaniyanın “Barselona” və Almaniyanın “Leypsiq” komandalarıdır.

F qrupunda “Barselona” əsas rəqiblərindən olan Dortmund “Borusiya”sına 3:1 qalib gəlməklə xalını 11-ə yüksəldib və bir tur qalmış qrup birinciliyini özünə təmin edib.

G qrupunda isə lider “Leypsiq” öz meydanında autsayder “Benfika” ilə oyunda çətin anlar yaşayıb. Leypsiq təmsilçisi 0:2 uduzduğu görüşdə isveçli yarımmüdafiəçisi Emil Foşberqin son dəqiqələrdə vurduğu iki qolla matçı heç-heçə bitirə bilib. Bu nəticə “Leypsiq”in 1/8 finala çıxmasına mane olmayıb.

Qeyd edək ki, daha əvvəl altı komanda – PSJ (Fransa), Madrid “Real”ı (İspaniya), “Bayern” (Almaniya), “Tottenhem”, “Mançester Siti” (hər ikisi İngiltərə) və “Yuventus” (İtaliya) “pley-off”u özlərinə təmin edib.

Səbuhi Musayev