Azərbaycanlını saxta qeydiyyata salan Rusiya vətəndaşı cərimələndi

14:00 28-11-2019 397

Rusiya sakini qeydiyyatı olmayan azərbaycanlıları qanunsuz qeydiyyata aldığı üçün cərimə olunub. Voronej əyalətinin Liski Şəhər Məhkəməsi 31 yaşlı sakini 200 min rubl (5320 manat) cərimə edib.

HerGun.Az-ın xəbərinə görə, o, 16 nəfər qeydiyyatı olmayan əcnəbi vətəndaşı saxta qeydiyyata alıb.

Məhkəmənin mətbuat xidmətindən verilən məlumatda onun 2018-ci ilin iyunundan 2019-cu ilin aprelinə qədər Voznesenovka kəndindəki yaşayış olmayan evdə Azərbaycan, Özbəkistan və Tacikistandan olan 16 sakini saxta qeydiyyata aldığı bildirilib.

Günel Murad