Şəkidə çörək sexində partlayış: Xəsarət alan var - FOTO

19:20 28-11-2019 479

Şəkidə çörək sexində partlayış baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, partlayış nəticəsində çörək sexinin işçisi 58 yaşlı Məlahət Məmmədova yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Hadisənin qaz sızmasından baş verməsi ehtimal edilir.