İmişlidə avtomobil ağaca çırpıldı, sürücü öldü

20:40 28-11-2019 595

İmişlidə avtomobilin ağaca çırpılması nəticəsində sürücü həyatını itirib. 

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Şahverdili kəndində baş verib. Rayonun Vəsala kənd sakini, 1987-ci il təvəllüdlü Gəncəliyev Vüsal Mustafa oğlu idarə etdiyi “Renaut” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.