“Sevilya” - “Qarabağ”: Heyətlər açıqlandı

23:00 28-11-2019 483

UEFA Avropa Liqasının  qrup mərhələsinin beşinci turu çərçivəsində “Sevilya” - “Qarabağ” klubları arasında noyabrın 28-də İspaniyada keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”ın  heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rahil Məmmədov, Abbas Hüseynov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Zubir və Xayme Romeo yer alıblar.

“Sevilya”nın heyətində isə meydana Bunu, Poso, Serxio Qomes, Daniel Karrisu, Eskudero, Roni Lopeş, Qudel, Oliver Torres, Munir, Dabbur və Ernandes çıxacaqlar.

Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimidir.