Gəncədə 5 maşının iştirakı ilə zəncirvari qəza olub - FOTO

23:20 28-11-2019 456

Gəncə şəhərində zəncirvari qəza baş verib.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Hadisə zamanı 5 maşın toqquşub. İlkin məlumatlara görə, qəzada “Ford”, iki “VAZ 21 07”, iki “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

İlkin məlumata görə, hadisəyə səbəb “Ford” markalı yük maşınının qarşı yola çıxması olub.  Hadisənin təfərrüatları araşdırılır.