Azərbaycanın Baş naziri ATƏT sədri ilə görüşdü - FOTO

04:00 29-11-2019 484

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 28-də Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Qeyd edək ki, Miroslav Layçak həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) faəliyyətdə olan sədridir.