Serblər İsveçrə həddini aşa bilmədi

23:55 22-06-2018 60
loading...

Futbol üzrə dünya çempionatında “E” qrupunun növbəti matçı yekunlaşıb.

HerGun.Az xəbər verir ki, Kalininqraddın mərkəzi stadionunda Serbiya millisi İsveçrə ilə üz-üzə gəlib.

Matçda İsveçrə millisi 1:2 hesabı ilə qələbə çalıb.

Oyunda erkən qolu serblər vurub. 5-ci dəqiqədə pressinqdən sonra edilən asmanı Mitroviç dəqiq baş zərbəsi ilə qola çevirib.

53-cu dəqiqədə İsveçrə millisi hesabı bərabərləşdirib.  “Arsenal”ın yarımmüdafiəçisi Caka küncü dəqiq nişan alaraq, baxımlı qola imza atıb.

90-cı dəqiqədə Şakiri əks hücumu qolla nəticələndirib. 

Qələbədən sonra xal sayını dördə çatdıran İsveçrə qrupda ikinci pilləyə yüksəlib.

F.M.