Rusiyada avtomobil oğurlayan azərbaycanlılar tutuldu

15:00 29-11-2019 388

Rusiyanın Sankt-Peterburq şəhərində avtomobil oğurlayan azərbaycanlılar saxlanılıb.

HerGun.Az-ın xəbərinə görə, onlar 1,3 milyon rubl (34,580 AZN) məbləğində “Hyundai Sonata” markalı avtomobili oğurlamaqda şübhəli biliniblər.

Onlardan birinin daha əvvəl eyni səbəblə məhkum olduğu məlum olub.

Tutulan azərbaycanlılar istintaqa cəlb edilib.

Günel Murad