Suraxanıda ev yandı: İki azyaşlı tüstüdən boğuldu

22:20 29-11-2019 361

Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m² sahədə yanıb.  

FHN-dən HerGun.Az-a verilən məlumata görə, yanğınsöndürənlər hadisə yerinə çatana kimi iki azyaşlı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb.  

Xəstəxanadan verilən məlumata əsasən, azyaşlılar yolda vəfat edib. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.  

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.