Bakıda avtosalon yandı - FOTO

23:40 29-11-2019 738

Nizami rayonunda yanğın hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, yanğın Mikayıl Əliyev küçəsindəki “Avtopro” avtomobil salonunda baş verib.  

Alov salonun “Servis” mərkəzində başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə xidmətinin texnikası, təcili yardım briqadası və Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.  

İlkin məlumata görə, elektrik naqillərindən biri qırılaraq “Mercedes” markalı avtomobilin üzərinə düşüb. 

Nəticədə nəqliyyat vasitəsi yanıb. Yanğın söndürülüb, digər avtomobillər isə alovdan mühafizə olunub. 

Salonun mühafizəçisi 1954 -cü il təvəllüdlü Həsənov Eldar Əhməd oğlu tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.  

Hadisənin təfərrüatı araşdırılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu