Bakıda iki qəzada yaşlı qadını və ana ilə uşağını avtomobil vurub

01:20 30-11-2019 347

Bakıda piyadanın vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki, hadisələrdən biri Nəsimi rayonunda olub.  

Qəza zamanı biri uşaq olmaqla, iki nəfər xəsarət alıb.  

Hadisə 3-cü mikrorayon dairəsinin yaxınlığında baş verib. 1975-ci il təvəllüdlü Həsənova Pərvanə Bakir qızı azyaşlı övladı ilə birlikdə “Gold Baku” şadlıq sarayına gedərkən “Daewoo” markalı avtomobil onları vurub.  

Yaralılar xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı Nəsimi Rayon Polid İdarəsində araşdırma aparılır. 

Xəzər rayonunda da yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.  

Qəza Binə qəsəbəsində qeydə alınıb. Südçülük yaşayış sahəsində minik avtomobili 1971-ci il təvəllüdlü Sevda Əliyevanı vurub.  

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.