Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşdu, yaralı var

02:00 30-11-2019 579

Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı sərnişin xəsarət alıb.  

HerGun.Az xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsi “Aura” şadlıq sarayının qarşısında baş verib.  

104 nömrəli “İSUZU” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. 

Hadisə nəticəsində avtobusda olan sərnişin, 1987-ci il təvəllüdlü Hüseynov Anar Vaqif oğlu xəsarət alıb. 

Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu