Azərbaycanda daha iki tələbə zəhərləndi

09:20 30-11-2019 358

Nizami rayonu NZS qəsəbəsində iki nəfər qidadan zəhərlənib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ünvana gələn həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.

3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər.

Onlara lazımi tibbi yardım göstərilib. Müalicələri davam etdirilir.