Hacıqabul sakinindən silah götürüldü

10:00 30-11-2019 391

Hacıqabul sakinindən silah götürülüb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupu məlumat yayıb.

Bildirilir ki, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Hacıqabul rayonu Tava kənd sakini Əliyusif Şirinov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan bir ədəd “BUM” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.