Bakıda 41 yaşlı kişi itkin düşdü

14:40 30-11-2019 397

Bakıda kişi itkin düşüb.

HerGun.Az xəbər verir ki, hadisə Nəsimi rayonu, A.Səhhət küçəsi, 32 ünvanında qeydə alınıb.

Şəhər sakini, 1978-ci il təvəllüdlü Tsvetkov Qenis İvanoviç noyabrın 25-də, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan çıxaraq, naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva