Gəncə bir ailənin iki üzvü dəm qazından zəhərləndi

16:00 30-11-2019 425

Gəncə şəhərində  bir ailənin iki üzvü dəm qazından zəhərlənib. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Ələkbər Seyfi küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan -1983-cü il təvəllüdlü Xəyalə Verdiyeva və 1957-ci il təvəllüdlü Elmira Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.